2022-ci ildə ən çox qol vuranlar
Avropa liqaları

2022-ci ildə ən çox qol vuranlar

  • 2022-05-03

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2022-ci ilin ilk dörd ayı ərzində ən çox qol vurmuş futbolçuların adları açıqlayıb.

Siyahıya "PSJ"nin hücumçusu Kilian Mbappe və "Bavariya"nın forvardı Robert Levandovski başçılıq edir.

Hər iki futbolçu indiyədək çıxış etdikləri çempionatlarda 15 dəfə fərqləniblər. İtaliya "Latsio"sundan Çiro İmmobile, Macarıstan "Paksi"sindən Martin Adam və Qananın "Asante Kotoko" klubunda çıxış edən kamerunlu Frank Etuqa hərəyə 14 qola imza atıblar.

Siyahıdakı 26 futbolçudan 4-ü 13, 6-sı 12, 11 isə 11 qolla yadda qalıb.