Kral Ançelottidən yeni rekord
Avropa liqaları

Kral Ançelottidən yeni rekord

  • 2022-04-30

"Real"ın baş məşqçisi Karlo Ançelotti yeni rekorda imza atıb.

İtaliyalı mütəxəsis Avropanın ən böyük 5 liqasının hər birində çempionluq əldə edən ilk məşqçi olub. 62 yaşlı mütəxəssis son olaraq İspaniya La Liqasında "Real"la çempionluğu vaxtından əvvəl təmin edib.

Ançelotti 2004-cü ildə "Milan"la İtaliya A Seriyasının, 2010-cu ildə "Çelsi" ilə İngiltərə Premyer Liqasının, 2013-cü ildə "PSJ" ilə Fransa Liqa 1-in, 2017-ci ildə "Bavariya" ilə Almaniya Bundesliqasının qalibi olub.