"Real"dan 35-ci ölkə çempionluğu - Rəsmi
Avropa liqaları

"Real"dan 35-ci ölkə çempionluğu - Rəsmi

  • 2022-04-30

"Real" La Liqada 2021/2022 mövsümünün qalibi olub.

Madrid təmsilçisi 34-cü turda "Espanyol"u 4:0 hesabı ilə darmadağın edərək çempionluğu vaxtından əvvəl rəsmiləşdirib.

"Real" - "Espanyol" - 4:0
Qollar: 
Rodriqo, 34, 44, Asensio, 56, Benzema, 81

Bu qələbə ilə xalını 81-ə yüksəldən Karlo Ançelottinin baş məşqçisi olduğu komanda rəqibləri üçün əlçatmaz olub. "Sevilya" 64 xalla 2-ci, "Barselona" 63 xalla 3-cüdür.

Beləliklə, "Real" tarixində 35-ci dəfə İspaniya çempionu adına yiyələnib.