Beyl yenidən zədələndi
- 2022-04-30
"Real"ın futbolçusu Qaret Beyl La Liqanın 34-cü turunda "Espanyol"la matçı buraxacaq.
Bu barədə "Marca" məlumat yayıb. Uelsli oyunçunun belində yaranan ağrılara görə sözügedən matçda meydana çıxmayacağı bildirilib. Məşqçilər korpusu bir müddət ona istirahət vermək qərarına gəlib.
Qeyd edək ki, Beyl La Liqada 5 oyunda 1 qol vurub.