"Milan"dan qəzəbləndirici hərəkət
Avropa liqaları

"Milan"dan qəzəbləndirici hərəkət

  • 2022-04-29

"Milan" A seriyasının 35-ci turunda "Fiorentina" ilə keçirəcəkləri ev oyunu üçün qonaq komandanın azarkeşlərinə ayrılmış biletlərin çox hissəsini öz fanatlarına satıb.

Bu brədə "Corriere dello Sport" məlumat yayıb. "Fiorentina"nın baş direktoru Coe Baron isə "Milan"ın belə davranışına qəzəblənib:

"Mən çərşənbə günü gecə "Milan"ın prezidenti Paolo Skaroni ilə danışdım. Mən ona mövqeyimi izah etdim. Bu vəziyyətdən çox əsəbiləşdiyimi dedim. Bizə hörmətsizlik edildi. "Milan" qəzəbləndiyimin fərqindədir. Görək bundan sonra nə olacaq".

Qeyd edək ki, mayın 1-də Milandakı "San Siro" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.