Messi və Ronaldo TOP-20-yə belə düşə bilmədi
Avropa liqaları

Messi və Ronaldo TOP-20-yə belə düşə bilmədi

  • 2022-04-27

"Goal.com" saytı "Qızıl top"a namizədlərin yenilənmiş siyahısını təqdim edib.

"Real"ın hücumçusu Kərim Benzema bundan əvvəl olduğu kimi siyahıya başçılıq edir. Məhəmməd Salah ("Liverpul") 1 pillə irəliləyərək 2-ci pilləyə yüksəlib. O, hazırda 3-cü pillədə yer alan Robert Levandovskini ("Bavariya") qabaqlayıb.

"Qızıl top"a namizədlərin ilk 20-liyində nə "PSJ"dən Lionel Messi, nə də "Mançester Yunayted"dən Kriştiano Ronaldo daxil olub.

İlk 10-luq aşağıda qeyd olunan kimidir:

1. Kərim Benzema ("Real")
2. Məhəmməd Salah ("Liverpul)
3. Robert Levandovski ("Bavariya")
4. Kilian Mbappe - ("PSJ")
5. Sadio Mane ("Liverpul")
6. Kevin De Brüyne ("Mançester Siti")
7. Luka Modriç ("Real")
8. Vinisius Junior ("Real")
9. Filip Foden  ("Mançester Siti")
10. Trent Aleksander-Arnold ("Liverpul")