Ukrayna Premyer Liqası vaxtından əvvəl başa çatdırıldı
- 2022-04-27
Ukrayna Premyer Liqasında 2021/2022 mövsümü vaxtından əvvəl başa çatdırılıb.
Qurumun rəsmi saytına istinadən, bu gün Premyer Liqa klublarının nümayəndələrinin iştirakı ilə videoformat şəklində iclas keçirilib.
Ölkədəki müharibə şəraitininin uzanması səbəbindən çempionatın başa çatdırılmasının mümkün olmadığı üçün bu qərar verilib.
Qərara əsasən, 24 fevral 2022-ci il tarixinə olan turnir cədvəli 2021/22 mövsümünün yekun sıralaması olacaq. Yəni Donetsk "Şaxtyor"u çempion, Kiyev "Dinamo"su 2-ci, "Dnepr-1" komandası isə 3-cü yeri tutub. Qaliblərin mükafatlandırılmayacağı bildirilib.
Qərar təsdiqlənmək üçün Ukrayna Futbol Assosiasiyasının İcraiyyə Komitəsinə göndərilib.