Yenidən Liqa 1-də
- 2022-04-26
Fransanın 2-ci liqasında çıxış edən komandalar arasından növbəti mövsüm üçün Liqa 1-ə vəsiqə qazanan ilk klub müəyyənləşib.
"Tuluza" sona 3 tur qalmış ölkənin əsas liqasında yarışmaq hüququ əldə edib. Komanda buna ötən gün 35-ci turda "Niort"a qalib gəlməklə nail olub. Beləliklə, "Tuluza" xallarının sayını 76-ya çatdırıb və ən yaxın izləyicisi "Ayakkyo" ilə 8 xallıq fərq yaradıb.
Filip Montanyenin komandası geridə qalan 35 oyunda 80 qol vurub və 30 qol buraxıb.
Qeyd edək ki, "Tuluza" ardıcıl 17 mövsüm Liqa 1-də mübarizə aparmasının ardından 2020-ci ildə aşağı diviziona yuvarlanmışdı.