"Barselona" tarixində ilk dəfə
Avropa liqaları

"Barselona" tarixində ilk dəfə

  • 2022-04-25

"Barselona" tarixdə ilk dəfə bir mövsüm ərzində ardıcıl 3 dəfə doğma meydanda uduzub.

Bu barədə "Gracenote Live" məlumat yayıb. Kataloniya təmsilçisi La Liqanın 21-ci turunun təxirə salınmış oyununda "Kamp Nou "da "Rayo Valekano "ya uduzub (0:1). Buna qədər İspaniya klubu yerli çempionatda evdə "Kadis"ə (0:1), Avropa Liqasında isə "Ayntraxt" a (2:3) məğlub olub.

İndiyədək "Barselona" bir mövsüm ərzində evdə ardıcıl üç dəfə uduzmayıb.

Qeyd edək ki, "Barselona" hazırda turnir cədvəlində 63 xalla 2-cidir.