İmmobiledən əla göstərici
Avropa liqaları

İmmobiledən əla göstərici

  • 2022-04-25

A seriyasının 34-cü turunda "Milan"la matç "Latsio"nun futbolçusu Çiro İmmobile üçün əlamətdar olub.

"Opta"ya istinadən, 32 yaşlı hücumçu görüşdə fərqlənməklə bu mövsüm 26-cı qolunu vurub. Nəticədə italyalı forvard son 6 ildə Avropanın TOP-5 liqasında ən azı üç mövsümdə 25-dən çox qol vuran dördüncü oyunçu olub.

İmmobile 2019/20 mövsümündə 36, 2017/18 mövsümündə isə 29 qol vurub.

Bunu əvvəllər Lionel Messi , Kriştiano Ronaldo və Robert Levandovski bacarıb.