Avropa liqaları

İspaniya kubokunda 2021-2022 mövsümünün qalibi müəyyənləşdi

  • 2022-04-24

İspaniya kubokunda 2021-2022 mövsümünün qalibi müəyyənləşib.

"Betis" "kral kuboku"nu qazanıb.

Həlledici matçda "Valensiya" ilə qarşılaşan Manuel Pelleqrininin komandası rəqibini penaltilərdə üstələyib.

"Betis" - "Valensiya" - 1:1 (Penaltilər - 5:4 )

Qollar: İqlesias, 11 (1:0), Duro, 30 (1:1)

Bu, "Betis"in 3-cü belə tituludur. Klub 1977 və 2005-ci illərdə də kubokun qalibi olub.