"PSJ" 10-cu çempionluğunu qazandı
Avropa liqaları

"PSJ" 10-cu çempionluğunu qazandı

  • 2022-04-24

"PSJ" Fransa Liqasında mövsümün sonuna 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Paris klubu 34-cü turda "Lans"ı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb.

"PSJ" - "Lans" - 1:1

Qollar: Messi, 68 (1:0), Joan, 88 (1:1)  

Bu nəticədən sonra xallarını 78-ə çatdıran "PSJ" ən yaxın izləyicisi "Marsel" (62 xal) üçün əlçatmaz olub. 

Bununla da Paris təmsilçisi tarixində 10-cu çempionluğunu qazanıb.