Qadın futbolu tarixində yeni rekord
Avropa liqaları

Qadın futbolu tarixində yeni rekord

  • 2022-04-23

Qadın futbolu tarixində azarkeş sayına görə yeni rekord müəyyənləşib.

Bu, Çempionlar Liqasının yarımfinal mərhələsində "Barselona"nın "Volfsburq"la matçında qeydə alınıb. "Kamp Nou" stadionundakı görüşü 91 648 nəfər izləyib. Belə nəticə qadın futbolu üçün rekord göstəricidir. Bu barədə İspaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Daha əvvəlki rekord da "Barselonaa"ya məxsus idi. 2022-ci ilin mart ayında "Real"la "El-Klassiko"nu 91.553 nəfər azarkeş izləyib. 

Qeyd edək ki, "Barselona" "Volfsburq"a 5:1 hesabı ilə qalib gəlib.