Konte "PSJ"ni çalışdırmaq istəyir
Avropa liqaları

Konte "PSJ"ni çalışdırmaq istəyir

  • 2022-04-23

"Tottenhem"in baş məşqçisi Antonio Konte "PSJ"ni çalışdırmaq istəyir.

Bu barədə "Le Parisien" məlumat yayıb. 52 yaşlı mütəxəssis artıq Paris təmsilçisinin rəhbərliyinə komandanın hazırkı çalışdırıcısı Maurisio Poçettinonun mümkün gedişi fonunda baş məşqçi kimi işləməkdə maraqlı olduğunu bildirib. İtaliyalı məşqçinin "PSJ"nin prezidenti Nasser Əl-Xəlaifi ilə münasibətinin yaxşı olması tərəflərin razılaşmasına kömək edə bilər.

Qeyd edək ki, Kontenin London klubu ilə sözləşməsi 2023-cü ilin yayına qədərdir.