"Barselona"nın futbolçusu zədələndi
Avropa liqaları

"Barselona"nın futbolçusu zədələndi

  • 2022-04-23

"Barselona"nın futbolçusu Ronald Arauxo zədələnib.

O, ötən gecə La Liqanın 33-cü turunda "Real Soysedad"la oyunda sıradan çıxıb. Arauxo 55-ci dəqiqədə Erik Qarsiya ilə əvəzlənib.

Qeyd edək ki, Arauxo bu mövsüm İspaniya çempionatında 24 oyunda 4 qol vurub.