Busqets İnyestanı qabaqladı
- 2022-04-22
"Barselona"nın futbolçusu Serj Busqets komandada keçirdiyi matç sayına görə klubun sabiq oyunçusu Andres İnyestanı qabaqlayıb.
O, buna La Liqanın 33-cü turunda "Real Soysedad"la görüşdə meydana çıxmaqla nail olub. Nəticədə 33 yaşlı yarımmüdafiəçi komandada 675-ci oyununu keçirib. Bu göstərici ilə o, Andres İnyestanı (674 matç) qabaqlayıb.
Busqets yalnız komandanın sabiq futbolçuları Xavi (767) və Lionel Messidən (778) geri qalır.
Qeyd edək ki, Busqets 2008-ci ildən "Barselona"da oynayır. İnyesta isə 2002-2018-ci illərdə bu komandada çıxış edib.