Mbappe İbrahimoviçə çatdı
- 2022-04-21
Liqa 1-in 33-cü turunda "Anje" ilə matç "PSJ"nin futbolçusu Kilian Mbappe üçün əlamətdar olub.
"Gracenote"yə istinadən, 23 yaşlı hücumçu sözügedən görüşdə (3:0) fərqlənib. Bununla da Mbappe yerli çempionatda vurduğu qolların sayını 113-ə yüksəldib. Belə nəticə ilə o, Paris təmsilçisinin heyətində Zlatan İbrahimoviçlə birgə Liqa 1-də ən çox qol vuran 2-ci futbolçu olub.
Mbappe buna 137 matçda, Zlatan isə 122 oyunda çatıb.
"PSJ"nin Fransa çempionatında ən çox qol vuran futbolçusu isə Edinson Kavanidir - 138.
Qeyd edək ki, Mbappe 2017-ci ildən "PSJ"də oynayır. İbrahimoviç isə 2012-2016-cı illərdə bu klubun formasını geyinib. O, hazırda "Milan"da çıxış edir.