Benzemadan 16 ildən sonra ilk
Avropa liqaları

Benzemadan 16 ildən sonra ilk

  • 2022-04-21

"Real"ın hücumçusu Kərim Benzema La Liqanın 33-cü turunda "Osasuna" ilə oyunda (3:1) iki penaltini qola çevirə bilməyib.

İspaniya mətbuatına istinadən, fransalı futbolçu son 16 ildə La Liqanın bir oyununda iki penaltidən yararlana bilməyən ilk futbolçu olub. 2006-cı ilin aprelində bu vəziyyətlə "Espanyol"un keçmiş hücumçusu Raul Tamudon "Betis" oyunda (2:0) üzləşmişdi.

Qeyd edək ki, 52-ci dəqiqədə K. Benzemanın penaltidən qol vurmaq imkanı olsa da, onun zərbəsini qapıçı Serxio Herrera dəf edib. 7 dəqiqə sonra Benzema yenidən penaltini yerinə yetirib və bu dəfə də Herrera komandasını xilas edib.