11 il sonra finalda
Avropa liqaları

11 il sonra finalda

  • 2022-04-20

"İnter" 11 il sonra ilk dəfə İtaliya kubokunun finalına vəsiqə qazanıb.

Komanda buna yarımfinalında "Milan"a 3:0 hesabı ilə qalib gəlməklə nail olub. Nəticədə Simeone İnzaqinin komandası 11 il sonra turnirin həlledici oyununa vəsiqə qazanmağı bacarıb. 

"İnter" son dəfə 2011-ci ildə finalda oynayıb. Komanda həmin vaxt "Palermo"nu üstələyib (3:1) və kubokun sahibi olub.

"İnter" finalda "Yuventus" - "Fiorentina" cütlüyünün qalibi ilə qarşılaşacaq.