Avropa liqaları

"Fənərbaxça" "Şaxtyor"a qalib gəldi - Video

  • 2022-04-20

Türkiyənin "Fənərbaxça" və Ukraynanın "Şaxtyor" (Donetsk) komandaları arasında xeyriyyə oyunu keçirilib.

"Ülker Stadionu"nda təşkil edilən qarşılaşma İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsiylə başa çatıb.

Bilet satışından əldə edilən gəlir Ukraynada müharibədən əziyyət çəkən insanlara sərf olunacaq

"Fənərbaxça" - "Şaxtyor" 1:0

Qol: Enner Valensiya, 26