"Real" oyuna ciddi itkilərlə çıxacaq
Avropa liqaları

"Real" oyuna ciddi itkilərlə çıxacaq

  • 2022-04-20

"Real"ın heyətində Modriç və Kazemiro "Osasuna"ya qarşı keçirəcəkləri oyunu buraxacaqlar.

İspaniya mətbuatına istinadən, Madrid təmsilçisinin yarımmüdafiəçisi Kazemiro zədələnib, 36 yaşlı xorvat futbolçuya isə yorğunluq səbəbindən istirahət verilib.

​Qeyd edək ki, bu güç keçiriləcək "Osasuna" - "Real" matçı Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.