Pike barədə sensasiyalı iddia
- 2022-04-19
"Barselona"nın futbolçusu Jerar Pike ilə İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales arasında telefon danışığının səs yazısı yayılıb.
İspaniya mətbuatı məhz Pikenin lobbiçiliyi sayəsində ölkə superkubokunun matçlarının Səudiyyə Ərəbistanında keçirilməsinə qərar verildiyini iddia edib. Müqaviləyə əsasən, 2020-ci ildən superkubokun oyunu həmin ölkədə təşkil olunmalı idi. Lakin COVİD-19 pandemiyasına görə həmin görüşləri keçirmək alınmayıb. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, bu ildən sözügedən matçlar Səudiyyə Ərəbistanında keçiriləcək.
"El Confidencial"ın yazdığına görə, Ərəbistan tərəfi bu matçlara görə İspaniya Futbol Federasiyasına 24 milyon avro ödəyəcək. Bu məbləğin 6 milyonu vasitəçiliyinə görə Pikeyə çatacaq.