"Derbi Kaunti" aşağı liqaya düşdü
Avropa liqaları

"Derbi Kaunti" aşağı liqaya düşdü

  • 2022-04-19

İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runinin baş məşqçisi olduğu "Derbi Kaunti" aşağı liqaya düşüb.

Komanda Çempionşipin 43-cü turunda dünən səfərdə "Kvin Park Reyncers"ə 0:1 hesabı ilə uduzub. Bununla da, yarışın bitməsinə 3 tur qalmış "Derbi Kaunti" liqada qalmağa imkan yaradan 21-ci yerdəki "Redinq"dən 10 xal geridə qalıb və 23-cü pillədə qərarlaşb. Bu isə o deməkdir ki, komanda bu mövsümün sonu liqanı tərk edəcək.

Beləliklə, Derbişir təmsilçisi 1986-cı ildən sonra ilk dəfə İngiltərənin üçüncü divizionunda oynayacaq.

Xatırladaq ki, maliyyə pozuntularına görə komandanın bu mövsüm 21 xalı silinib.