"Barselona" evində autsayderə məğlub oldu
Avropa liqaları

"Barselona" evində autsayderə məğlub oldu

  • 2022-04-19

İspaniya La Liqasında 32-ci tura yekun vurulub.

Son oyun günündə bir görüş keçirilib.

"Barselona" öz meydanında autsayder "Kadiz"lə qarşılaşıb və gözlənilmədən rəqibinə uduzub - 0:1.

"Barselona" - "Kadiz" - 0:1

Qol: Perez, 48

Bu nəticədən sonra "Barselona" 60 xalla 2-ci, "Kadiz" 31 xalla 16-cı pillədə qərarlaşıb.