"Yuventus"un hücumçusu tarixə düşdü
Avropa liqaları

"Yuventus"un hücumçusu tarixə düşdü

  • 2022-04-18

İtaliya A seriyasının 33-cü turunda "Bolonya" ilə qarşılaşmanın 90+5-ci dəqiqəsində "Yuventus"a qələbə qazandıran Duşan Vlahoviç klubun tarixinə düşüb.

Oyunda yeganə qolun müəllifi olan serbiyalı hücumçu A seriyasında qollarının sayını 50-yə çatdırıb. 22 yaşlı forvard çempionatda bu qol sayına ən erkən çatan 2-ci legioner olub. O, bu uğura 22 yaş 78 günlüyündə çatıb.

​Bu göstəricidə mütləq rekordçu "Milan"ın sabiq futbolçusu Aleşandre Patodur. O, 21 yaş 220 günlüyündə A seiryasında 50 qol vurmuşdu.