Avropa liqaları

"PSJ" "Marsel"i məğlub etdi - Video

  • 2022-04-18

"PSJ" Fransa Liqa 1-də 32-ci tur oyununa çıxıb.

Paris təmsilçisi "Marsel"i qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

"PSJ" - "Marsel" - 2:1
Qollar:
 Neymar, 12 (1:0), Çaleta-Çar, 31 (1:1), Mbappe, 45+4-pen (2:1)

Bu nəticədən sonra xalını 74-ə yüksəldən "PSJ" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Marsel" 59 xalla 2-cidir.