"Real"dan möhtəşəm geri dönüş
Avropa liqaları

"Real"dan möhtəşəm geri dönüş

  • 2022-04-18

"Real" La Liqanın 32-ci turunda "Sevilya"nın qonağı olub.

Madrid təmsilçisi sözügedən görüşdə hesabda 0:2 geridə olsa da, yekunda əzmkar qələbə qazanıb - 3:2.

"Sevilya" - "Real" - 2:3
Qollar
: Rakitiç, 21 (1:0), Lamela, 25 (2:0), Rodriqo, 50 (2:1), Naço, 83 (2:2), Benzema, 90+2 (2:3)

Bu qələbə ilə xalını 75-ə çatdıran Karlo Ançelottinin baş məşqçisi olduğu komanda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Barselona" 60 xalla (30 oyun) 2-ci, "Sevilya" eyni xalla 3-cüdür.