Avropa liqaları

İngiltərə kubokunda ikinci finalçı müəyyənləşdi - Video

  • 2022-04-18

İngiltərə kubokunda ikinci finalçının da adı bəlli olub.

"Çelsi" həlledici matça vəsiqə qazanıb. London təmsilçisi yarımfinalda "Kristal Palas"a 2:0 hesabı ilə qalib gəlib.

"Çelsi" - "Kristal Palas" - 2:0

Qollar: Loftus-Çik, 65, Maunt, 67

Beləliklə, "Çelsi" finalda "Liverpul"la qarşılaşacaq. Görüş mayın 14-də keçiriləcək.