"Modriç karyerasını "Real"da bitirəcək"
Avropa liqaları

"Modriç karyerasını "Real"da bitirəcək"

  • 2022-04-17

"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Luka Modriçin gələcəyi haqqında danışıb.

O, "Marca"ya açıqlamasında deyib:

"Düşünürəm ki, o, karyerasını "Real"da başa vuracaq. Nə vaxt olduğunu dəqiq bilmirəm, amma plan belədir. Nə klubun, nə də onun müqaviləni uzatmaq ilə bağlı problemi yoxdur, aydındır. Modriç özünə yaxşı baxır, karyerası ərzində ciddi zədəsi olmayıb".

Qeyd edək ki, 36 yaşlı yarımmüdafiəçi 2012-ci ildən "Real"da oynayır.