“Ayntraxt”ın 30 min azarkeşi “Nou Kamp”a necə girib?
Avropa liqaları

“Ayntraxt”ın 30 min azarkeşi “Nou Kamp”a necə girib?

  • 2022-04-16

"Barselona" Avropa Liqasının 1/4 finalında "Ayntraxt"la ev oyununda rəqib komandanın 30 min azarkeşinin stadiona necə daxil olduğunu öyrənmək üçün daxili araşdırmaya başlayıb.

Bu barədə "Marca" məlumat yayıb. Bildirilib ki, Kataloniya təmsilçisi  alman klubunun azarkeşlərinə rəsmi olaraq 5 min bilet təqdim edib. Böyük ehtimalla qalan azarkeşlər onlara bilet almağa kömək edən turoperatorların köməyi ilə stadiona gediblər. Bundan başqa, alman klubunun azarkeşləri stadionda kassadan biletləri alan və dərhal yenidən almanlara satan ispan bilet alverçiləri sayəsində olub.

Qeyd olunub ki, "Barselona"nın özü də "Ayntraxt" azarkeşlərinə normadan artıq bilet satışının qarşısını almağa çalışıb.

Xatırladaq ki, kataloniyalı azarkeşlər etiraz əlaməti olaraq oyunun fasiləsində yerlərini tərk edərək ikinci hissənin başlamasından cəmi 10-20 dəqiqə sonra geri qayıdıblar. Qarşılaşmada Almaniya klubunun 30 minə yaxın azarkeşi iştirak edib.

Qeyd edək ki, sözügedən görüş "Ayntraxt"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb və Almaniya klubu Avropa Liqasının yarımfinalına yüksəlib, "Barselona" isə turnirlə vidalaşıb.