İstanbul derbisini qalibi - "Fənərbaxça"
Avropa liqaları

İstanbul derbisini qalibi - "Fənərbaxça"

  • 2022-04-11

Bu gün Türkiyə Superliqasının 32-ci turunda İstanbul derbisi olub.

"Fənərbaxça" "Qalatasaray"ı qəbul edib.

Bu komandalar arasında bu mövsüm ölkə çempionatında oynanılan ilk görüşdə "Fənərbaxça" 2:1 hesabı ilə qalib gəlmişdi. Bu matçda da "sarı-lacivərdlilər" qələbə qazanıb - 2:0.

10 aprel

21:30. "Fənərbaxça" - "Qalatasaray" - 2:0

Qollar: Zayts, 26, Dursun, 68
Baş hakim: Atilla Karaoğlu

Bu qələbədən sonra xallarını 59-a çatdıran "Fənərbağça" 2-ci pilləyə yüksəlib. "Qalatasaray" isə 41 xalla 14-cü pilləyə geriləyib.