"Bavariya"dan qələbə, "Volfsburq"dan darmadağın
Avropa liqaları

"Bavariya"dan qələbə, "Volfsburq"dan darmadağın

  • 2022-04-10

Almaniya Bundesliqasında 29-cu turun oyunları keçirilir.

Şənbə günü daha beş qarşılaşma oynanılıb.

Lider "Bavariya" "Auqsburq"u qəbul edib. Münhen təmsilçisi bu görüşdə minimal hesabla üstün olub. "Volfsburq" doğma meydanda "Arminiya"nı 4 cavabsız qolla üstələyib. "Herta" isə evdə "Union Berlin" böyük hesabla udzub.

Səfərdə "Qroyter"lə üz-üzə gələn Mönxenqladbax "Borussiya"sı qələbə qazanıb.
 
Beş qolun qeydə alındığı "Köln" – "Maynts" matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. 
 

9 aprel
 
"Bavariya" – "Auqsburq" - 1:0
Qol
: Levandovski, 82-pen.
 
"Volfsburq" – "Arminiya" - 4:0
Qol:
 Nmeça, 11; 38. Arnold, 48. Kruse, 53.
 
"Qroyter" – "Borussiya" (Mönxenqladbax) - 0:2
Qol:
 Turam, 18. Plea, 24-pen.
 
"Köln" – "Maynts" - 3:2
Qol:
 Skhiri, 60. Lyubiçiç, 78. Kilian, 82 – Burkardt, 14. Onisivo, 55.
 
"Herta" – "Union Berlin" - 1:4
Qol:
 Baumqartl, 49-öz qapısına – Haraquçi, 31. Promel, 53. Bekker, 74. Miçel, 85.

Turnir cədvəlinə 69 xalla "Bavariya" başçılıq edir. Dortmud "Borussiya"sı 60 xalla 2-ci, "Bayer Leverkuzen" 51 xalla 3-cüdür.