"Sevilya" 2-ci pilləyə yüksəldi
Avropa liqaları

"Sevilya" 2-ci pilləyə yüksəldi

  • 2022-04-09

"Sevilya" La Liqada 31-ci tur oyununa çıxıb.

Komanda "Qranada"nı qəbul edib və 4:2 hesabı ilə qalib gəlib.

"Sevilya" - "Qranada" - 4:2
Qollar: 
Maçis, 23 (0:1), Karlos, 32 (1:1), Okampos, 66 (2:1), Dias, 88 (2:2), Mir, 90+3 (3:2), Qomes, 90+9 (4:2)

Bu qələbə ilə xalını 60 çatdıran "Sevilya" turnir cədvəlində 2-ci pilləyə yüksəlib. "Real" 69 xalla 1-ci, "Barselona" 57 xalla 3-cüdür.