Səkkiz futbolçu "PSJ"nin məşqini buraxdı
Avropa liqaları

Səkkiz futbolçu "PSJ"nin məşqini buraxdı

  • 2022-04-09

"PSJ"də Fransa Liqasının 31-ci turunda "Klerman"la səfər oyunu öncəsi zədəli futbolçuların çoxluğu problemi ilə üzləşib.

Fransa mətbuatına istinadən, Paris təmsilçisinin 8 oyunçusu komandanın bu gün keçirilən məşqini buraxıb. Bunlar qapıçı Keylor Navas, yarımmüdafiəçilər Yulian Draksler, Ander Herrera, İsmael Qarbi, Anxel Di Mariya, Leandro Paredez və müdafiəçilər Abdu Diallo, Layven Kurzavadır.

Serxio Ramos isə  ümumi qrupda məşq edib.

Qeyd edək ki, "Klermon" - "PSJ" görüşü sabah keçiriləcək.