"Borussiya" qələbə qazandı - Video
- 2022-04-09
Dortmund "Borussiya"sı Bundesliqada 29-cu tur oyununa çıxıb.
Komanda "Ştutqart"ın qonağı olub. Matç Dortmund təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Ştutqart" - "Borussiya" - 0:2
Qollar: Brandt, 12, 71
Bu qələbə ilə xalını 60-a yüksəldən "Borussiya" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Siyahıya 66 xalla "Bavariya" başçılıq edir.