"Yuventus"da ciddi itki
Avropa liqaları

"Yuventus"da ciddi itki

  • 2022-04-05

"Yuventus"un futbolçusu Manuel Lokatellinin durumuna aydınlıq gəlib.

Klubun rəsmi saytına istinadən, italiyalı yarımmüdafiəçi 1 ay meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Lokatelli "İnter"lə qarşılaşmada dizindən zədələnib. O, Lautaro Martineslə toqquşmada xəsarət alıb.