"Kubokları hər şeydən üstün tutmuram"
Avropa liqaları

"Kubokları hər şeydən üstün tutmuram"

  • 2022-04-05

"Liverpul"un baş məşqçisi Yurgen Klopp kubok qazanmağı hər şeydən üstün tutmur.

Bu barədə alman mütəxəssis "Teamtalk"a açıqlamasında deyib:

"Bu komandada keçirdiyim vaxtı qiymətləndirirəm və kubokları hər şeydən üstün tutmuram. Əsas odur ki, necə oynayırıq, necə inkişaf edirik, komanda hazırda hansı vəziyyətdədir. Komanda yaxşı durumdadır. Hamımız bilirik ki, bir səhv qalan turnirlərdən birini qazanmaq şansını itirmək üçün kifayətdir. Amma biz narahat deyilik, sadəcə növbəti sınaqlara hazırlaşırıq. Belə bir cədvəliniz olduqda oyunçuları işlətmək asandır. Biz işdən həzz alırıq".

 Qeyd edək ki, Çempionlar Liqası, İngiltərə kuboku, İngiltərə liqa kubokunda mübarizəni davam etdirən "Liverpul" İngiltərə Premyer Liqasında lider "Mançester Siti"dən cəmi 1 xal geri qalır.