Tolisso uzun müddət yaşıl meydanlardan uzaq qalacaq
Avropa liqaları

Tolisso uzun müddət yaşıl meydanlardan uzaq qalacaq

  • 2022-04-05

"Bavariya"nın yarımmüdafiəçisi Korenten Tolisso zədə səbəbindən bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Bu barədə "Bild" nəşri məlumat yayıb. Bildirilib ki, fransalı futbolçu Almaniya klubunun bu gün keçirilən məşqini buraxıb. 27 yaşlı futbolçu bu mövsüm dördüncü dəfə əzələsindən zədə alıb.

Xatırladaq ki, Tolisso 2017-ci ildən "Bavariya"da çıxış edir. O, bu mövsüm Bundesliqada 14 oyuna çıxıb, 1 qol vurub və 1 qolun ötürməsini verib.