Nihat Özdemir istefa verdi
- 2022-04-05
Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemirin dünən istefa verdiyi iddia olunur.
Bu barədə "Hürriyyet" qəzetinin idman departamentinin direktoru Mehmet Aslan məlumat yayıb. O, 72 yaşlı rəhbər şəxsin vəzifəsindən ayrıldığını bildirib. Artıq Türkiyənin bir çox media qurumu da N.Özdəmirin istefa verdiyini yazıb.
Qeyd edək ki, Nihat Özdemir 2019-cu ildə TFF-nin prezidenti seçilib. TFF-də növbəti prezident seçkisi 2023-cü ildə keçirilməli idi.