"İnter" bunu bacaran ilk komanda oldu
Avropa liqaları

"İnter" bunu bacaran ilk komanda oldu

  • 2022-04-05

"İnter" "Yuventus"u  2 dəfə "Allians Stadium"da məğlub edən ilk komandadır. 

Bu barədə "ilmassegero.it" məlumat yayıb. Milan təmsilçisi ötən gün A seriyasının 31-ci turunda Turin klubunun üzərində 1:0 hesabı ilə qələbə qazanıb. Komanda 2012-ci ildə də "Yuventus"u bu arenada 3:1 hesabı ilə məğlub edib. Beləliklə, "İnter" "Yuventus"a 2 dəfə "Allians Stadium"da qalib gəlib. "İnter" bunu bacaran ilk komanda kimi tarixə düşüb. 

Qeyd edək ki, "Yuventus" 2011-ci ildən etibarən ev oyunlarını "Allians Stadium"da keçirir.