Azarkeşlər Ramosu fitə basdılar
- 2022-04-04
"PSJ"nin tez-tez zədələnən futbolçusu Serxio Ramosun uzun müddət sonra oyuna çıxması komandanın azarkeşlərinin qəzəbinə səbəb olub.
Bu barədə "GFFN" məlumat yayıb. 36 yaşlı müdafiəçi yanvarın 23-də "Reyms"lə qarşılaşmadan sonra ilk dəfə ötən gecə "Loryan"la matçda meydana çıxıb (72-ci dəqiqə). Azarekşlər Ramos hər dəfə top toxunanda onu fitə basıblar.
Görüş "PSJ"nin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Ramos bu mövsüm 6 oyunda 1 qol vurub.