"Barselona" 2-ci pilləyə yüksəldi
Avropa liqaları

"Barselona" 2-ci pilləyə yüksəldi

  • 2022-04-04

"Barselona" La Liqada 30-cu tur oyununa çıxıb.

Kataloniya təmsilçisi "Sevilya"nı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

"Barselona" - "Sevilya" - 1:0
Qol: 
Pedri, 72

Bu qələbə ilə xalını 57-yə yüksəldən Xavinin baş məşqçisi olduğu komanda turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. "Atletiko" 57 xalla 3-cü, "Sevilya" eyni xalla 4-cüdür. Turnir cədvəlinə 69 xalla "Real Madrid" başçılıq edir.