"Bavariya" 12 futbolçu ilə oynadı
- 2022-04-03
Almaniya Bundesliqasının 28-ci turunda dünən keçirilən "Frayburq" - "Bavariya" oyununda (1:4) futbolda nadir hallarda rast gəlinən hadisə baş verib.
Münhen təmsilçisi matçın sonlarına yaxın bir neçə saniyə 12 futbolçu ilə oynayıb. Bu, qonaq komandanın oyunçu dəyişikliyi etməsindən sonra baş verib. 84-cü və 85-ci dəqiqələrdə "Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann iki dəyişiklik edib. Marsel Sabitzer Kinqsli Komanı, Niklas Zyule Korentin Tolissonu əvəzləyib. Ancaq Koman meydanı tərk etməyib. Buna görə də "Bavariya" meydanda 12 oyunçu ilə oynayıb. Baş hakim Kristian Dinqert bunu dərhal hiss etməyib. "Bavariya"nın təxminən 15 saniyə say üstünlüyü ilə oynayıb, bundan sonra matç dayandırılıb. Hakimlər vəziyyəti uzun müddət müzakirə etdikdən sonra oyunu davam etdirmək qərarına gəliblər.
Bu qarışıqlığa səbəb ehtiyat hakimin elektron tabloda Komanın 11 nömrəsini yox, 29 nömrəni göstərməsi səbəb olub.
Matçdan sonra Naqelsmann baş verənlərlə bağlı deyib: "Ehtiyat hakim səhv nömrə göstərdi. Koman oyundan çıxmalı olduğunu bilmirdi. Düşünürəm ki, 12 oyunçu ilə matç 8 və ya 9 saniyə çəkdi. Bu, bir az qəribə hadisədir. Azarkeşlərin bu haqda danışması normaldır. Kimin günahkar olduğunu bilirəm, amma ad çəkməyəcəm. Qələbə qazandığımız üçün xoşbəxtəm".