"Yenidən futbol oynaya biləcəyimi düşünürəm"
- 2022-03-31
Argentina millisinin və "Barselona"nın sabiq hücumçusu Serxio Aquero yaxında futbola qayıda bilər.
O, "sport.es"ə açıqlamasında bu barədə danışıb. Aquero deyib:
"Bu yaxınlarda ağlıma gəldi ki, yenidən futbol oynaya bilərəm. Həkimlər mənə dedilər ki, 5-6 ay məşq etməməliyəm, amma artıq çox istəyirəm. Yenidən məşq edə biləcəyim anı səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Aquero ötən il oktyabrın 30-da "Barselona"nın heyətində "Alaves"lə matçda (1:1) ürəyindəki problemə görə əvəzlənib və həmin vaxtdan sonra yaşıl meydanlara qayıtmayıb. O, dekabrın 15-də karyerasını bitirdiyini açıqlayıb.