Pioli ən yaxşı baş məşqçi seçildi
Avropa liqaları

Pioli ən yaxşı baş məşqçi seçildi

  • 2022-03-29

İtaliya A seriyasında martın ən yaxşı məşqçisi müəyyənləşib.

Turnirin saytına istinadən, "Milan"ın çalışdırıcısı Stefano Pioli bu ayın ən yaxşısı seçilib.

Qeyd edək ki, Piolinin rəhbərliyi altında "Milan" martda meydana çıxdığı üç çempionat oyununda da 1:0 hesabı ilə qalib gəlib. Komanda hazırda A seriyasında 66 xalla 1-cidir.