Ronaldo 5 milyon funt sterlinq mükafat ala bilməyəcək
Avropa liqaları

Ronaldo 5 milyon funt sterlinq mükafat ala bilməyəcək

  • 2022-03-28

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo bu mövsüm yüksək məbləğli bonuslardan məhrum olub.

Bu barədə "The Sun" məlumat yayıb. Portuqaliyalı hücumçunun "Yuvenus"dan getməsinin səbəblərindən birinin klubun ona aylıq 31 milyon avro ödəyə bilməməsinin olduğu xatırladılıb. Nəşr yazıb ki, "qırmızı şeytanlar" 37 yaşlı oyunçuya Turin klubunda qazandığının yarısı qədər maaş versə də, ona yüksək məbləğlu mükafat vəd edib. Məhz bu səbəbdən futbolçu bu kluba keçməyə razılıq verib.

Ancaq klubun Çempionlar Liqasında 1/8 finalında mübarizəni dayandırması və İngiltərə Premyer Liqasında çempionluq şanslarını itirməsi ilə Ronaldo bu mükafatları qazana bilməyəcək. Bildirilib ki, "Mançester Yunayted" ÇL-in finalına çıxsaydı oyunçu 2.5 milyon funt sterlinq mükafat alacaqdı. Bundan başqa, Kriştiano  klub ölkə çempionu olacağı təqdirdə 1.5 milyon funt sterlinq, ölkə kubokunun qalibi olmağa görə isə 1 milyon funt sterlinq qazanacaqdı. Ancaq komandanın turnirlərdəki uğursuz çıxışı səbəbindən Ronaldo 5 milyon funt sterlinq itirməsinə səbəb olub.

Qeyd edək ki, ÇL-də və ölkə kubokunda mübarizəni dayandıran "Mançester Yunayted" İngiltərə Premyer Liqasında  50 xalla 7-cidir. Komanda lider "Mançester Sit"dən 20 xal geridə qalır.