"Geri qayıtmağa ehtiyac yoxdur"
- 2022-03-26
"Fənərbaxça"nın yarımmüdafiəçisi Məsut Özil heyətdən qeyri-müəyyən müddətə komandadan uzaqlaşdırılmasına münasibət bildirib.
O, bununla bağlı "Sky Sports"a açıqlamasında deyib: "Bu qərar haqqında heç nə bilmirdim. Həftəsonu Almaniyada idim, qayıdarkən məşqin vaxtını soruşmaq üçün zəng etdim. Mənə dedilər ki, geri qayıtmağa ehtiyac yoxdur".
Qeyd edək ki, Türkiyə mətbuatında yer alan xəbərlərə görə, Özil və Tufan məşq zamanı baş məşqçi İsmail Kartalla mübahisə etdiyi üçün cəzalanıb.