"Bavariya"da 4 günlük istirahət
Avropa liqaları

"Bavariya"da 4 günlük istirahət

  • 2022-03-25

"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann futbolçularına bir neçə günlük istirahət verib.

"Bild"ə istinadən, komanda qarşıdakı 4 gün məşq etməyəcək. Münhen təmsilçisi martın 29-da məşqə qayıdacaq. Milli komandalarının oyunlarına gedən futbolçular sonradan komandaya qoşulacaqlar.

Qeyd edək ki, "Bavariya" növbəti matçını Bundesliqada aprelin 2-də "Frayburq"a qarşı keçirəcək.