"Fənərbaxça" 2 futbolçunu heyətdən kənarlaşdırdı
Avropa liqaları

"Fənərbaxça" 2 futbolçunu heyətdən kənarlaşdırdı

  • 2022-03-25

"Fənərbaxça" futbolçuları Məsut Özil və Ozan Tufanı heyətdən kənarlaşdırıb.

Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. Futbolçuların hansı səbəbdən komandadan uzaqlaşdırıldığı açıqlanmayıb.

Türkiyə mətbuatında yer alan xəbərlərə görə, Özil və Tufan məşq zamanı baş məşqçi İsmail Kartalla mübahisə etdiyi üçün cəzalanıb.