Neymar məşqlərə sərxoş halda gəlir
Avropa liqaları

Neymar məşqlərə sərxoş halda gəlir

  • 2022-03-23

"PSJ"nin futbolçusu Neymar klubun intizam qaydalarını pozur.

Bu barədə "Mirror" məlumat yayıb. Hücumçu son vaxtlar Paris təmsilçisinin məşqlərinə sərxoş halda gəlir. O, komanda yoldaşları ilə birgə məşqlərdə tapşırıqları yerinə yetirmir.

Qeyd edək ki, Neymar bu mövsüm "PSJ"də 21 oyunda 5 qol vurub və 5 qolun ötürməsini verib.